news Image
2014.07.04
13:22
| A A A
Sevgilisinə görə övladlarından imtina etdi

Britaniyalı 3 uşaq anası Cennifer Batler övladlarından imtina edərək bütün həyatını amerikalı cani ilə keçirtməyə hazırlaşır. 29 yaşlı Cennifer 10 yaşdan da kiçik övladlarını atalarının ixtiyarına buraxaraq Kristofer Mosierə görə ABŞ-a yollanacaq. Hazırda həbsxanada saxlanılan 23 yaşlı Kristofer sentyabrda azad ediləcək.

 

Cennifer və Mosier  həbs cəzası çəkən insanlar üçün nəzərdə tutulmuş writeaprisoner.com saytında tanış olub. Batler narkotik maddələrdən istifadə etdiyinə və silahlı qruplaşmanın üzvü olduğuna görə həbs edilib. Cennifer saytda Kristoferin səhifəsinə rast gəldikdən sonra ona yazıb. Sonradan cütlük məktublaşaraq daha da yaxından tanış olub. 2011-ci ildə Cennifer cəsarətini toplayaraq ABŞ-a gəlməli olub.

 

Cennifer Kristoferi görmək üçün dəfələrlə həbsxanaya gedib. Aralarında sevginin əlaməti kimi Kristofer üç uşaq anasının barmağına üzük əvəzinə kəndir taxıb və ona ailə qurmağı təklifi verib.  

 

Cenniferin 2010-cu ildə uşaqlarının atasından boşanıb, lakin valideynləri qızlarının məhbusla izdivacından narahatçılıq keçirir. Cennifer ABŞ-da ərə gedib yaşayışını təmin etdikdən sonra övladlarını yanına gətirməyi qərara alıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs