news Image
2014.07.04
17:18
| A A A
“Qısa geyinməməyimin Həccə dəxli yoxdur…” - Ruhi

ATV-də yayımlanan "Özünə bax" zövq yarışmasının final tarixi bəlli olub. 



"Qafqazinfo"nun Axşam.az-a istinadən verdiyi məlumata görə, "Gündəlik" verilişində qonaq olan layihənin siması Ruhi Əliyeva qalibin iyulun 9-da keçiriləcək tədbirdə müəyyənləşəcəyini deyib:


"Finala on qız və on oğlan iştirakçı qalıb. Əslində biz hər iki tərəfdən 8 nəfərin olmasını planlaşdırırdıq. Amma "Özünə bax" növbəti dəfə iştirakçılarına jest etdi. Yarışmacılarımız, xüsusən bəylərimiz arasında zövqlülər çox idi. Bu layihəyə görə ATV-nin rəhbərliyinə minnətdaram".


Ruhi Əliyeva öz geyim tərzindən də danışıb:


"Heç vaxt qısa geyinməmişəm. Ona görə yox ki, mən Həcc ziyarətində olmuşam. Sadəcə, hər bir insanın öz dünyası var. Mən qısa geyinəndə yeriyə bilmirəm. Buna görə də, yarışmada iştirakçılardan daxili aləmlərinə uyğun şəkildə davranmalarını, geyinmələrini istəyirik".


R.Əliyeva həmçinin qeyd edib ki, yeni mövsümdən "Özünə bax"ın yayımı dayandırılacaq. O, dəblə bağlı fərqli verilişin efirə gedəcəyini bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs