Əlaqə Arxiv
news Image
2014.07.07
13:11
| A A A
Nadir Qafarzadə Yaşıl teatrı tək onun üçün bağlatdırdı - FOTOLAR

Nadirin xanımı onun haqqında nələr dedi?: "O, ilk öncə mənə..." - FOTO

Ötən gün Yaşıl Teatrda müğənni Nadir Qafarzadənin xanımına həsr etdiyi "Həyatımsan ömrüm qədər" adlı konserti olub. Movqe.az-ın məlumatına görə, gecəni ilk olaraq rəqs qrupu açıq elan edib. Həyat yoldaşı ilə birgə konsert salonuna daxil olan müğənni Sevinc xanıma əsill kraliçalara layiq bəzətdirdiyi kreslosunda əyləşdirərək, onun şərəfinə sevilən mahnılarını oxuyub. Mərhum sənətkar Hüseynağa Hadıyevin repertuarından olan "Sən olmuşam" mahnısını oxuyan müğənni daha sonra sevilən mahnılarını bir-birinin ardına düzüb. Azərbaycanda ilk dəfə baş tutan konsertdə müğənnini ifaları zamanı onu rəqs qrupları müşayiət edib.

Xatırladaq ki, "Həyatımsan ömrüm qədər" adlı gecədə müğənni 23 mahnı ifa edib. Onlardan 4 yeni olub. Yalnız sözləri Altay Yaşar, musiqisi Fərid Kərimliyə məxsus olan "Sevincim Nadir incim" mahnısı isə məhz həmin gecə üçün yazılıb.

Konsertdən sonra N.Qafarzadənin ömür gün yoldaşı öz təəssüratlarını Mövqe.az-la bölüşüb: "Konsert çox ürəyimcə oldu. Buna görə də həyat yoldaşıma təşəkkür edirəm. Nadir çox yaxşı dost və ailə başçısıdır. Allah onsuz bir günümüzü etməsin. O, ilk öncə mənə konsert verəcəyini deyən zaman inanmadım. Fikrinin qəti olduğunu görəndə isə razı olmadım. Daha sonra isə razılığa gələ bildik. Əla konsert keçdi. Konsert başlayanda bir az həyəcanlı idim. Daha sonra isə hər şey qaydasına düşdü".

N.Qafarzadənin konsertindən şəkilləri təqdim edirik:




Sizin Reklam Yeriniz