news Image
2012.07.06
10:57
| A A A
Azərbaycanlı teleaparıcı haqda inanılmaz sözlər
"Facebook sosial şəbəkəsinə girib mənim adımdan tərbiyyəsiz statuslar açırlar, xanımlara təhqiramiz mesajlar göndərirlər".

Movqe.Az xəbər verir ki, bəzi kütləvi informasiya vasitələrinə verdiyi açıqlamada bu sözləri "Toy olsun" verilişinin aparıcısı Elgiz Əkbər bildirib:

"O gün işıqforda bir xanım mənə yaxınlaşıb dedi ki, Elgiz bəy, siz efirdən çox gözəl insan təsiri bağışlayırsınız. Bəs niyə internetdə qadınlara əxlaqsız sözlər yazırsınız. Mən dəhşətə gəldim. Şoka düşdüm. Facebook da 20 dənə Elgiz adında profil var. O insanlar yalançıdır. Bilirsiniz ki, "Toy olsun" verilişi ən reytinqli, demokratik, səviyyəli verilişdir. Ona görə mənim və verilişin imicinə zərər gətirmək istəyirlər. Toy olsun verilişinin əlaqə nömrəsi var. Ans telekanalı da şəhərin mərkəzində yerləşir. Verilişdə iştirak etmək istəyənlər telekanala rəsmi müraciət etsinlər. Mənim adımdan istifadə edənləri kimlərsə öyrədir. Heç kim onlara inanmasın".

Teleaparıcı Facebook istifadəcilərinə də məsləhət verdi:

"Facebook istifadəçiləri ehtiyyatlı olsunlar, hər deyilən sözə inanmasınlar. Məncə facebook gələcəkdə insanların psixologiyassının pozulmasında böyük rol oynayacaq.insanların hisləri ilə oynamaq olmaz. Mən orda yalandan insanlara şər atan insanları qınayıram və onlara əhəmiyyət vermirəm".

Türkan Nadirqızı

Movqe.Az


 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs