"Mehriban əzilən deyil"-Mehriban Xanlarova
Aktrisa Mehriban Xanlarova yenidən sərt açıqlaması ilə gündəmə
gəlib. Mövqe.az xəbər verir ki, aktrisa onu bəyənməyənlərə,
maskalı, ikiüzlü hesab edənlərin cavabını verib. Mövqe.az-a danışan
aktrisa bildirib ki, o çox emosional qadındı: "Bəli, mən
emosionalam. Haqqı deyirəm. Məgər efirdə insan haqqı deyəndə, düz
danışanda həyasız adlandırılmalıdır?. Mənə həyasız deyənlərin kaş
mənim kimi insanlığı, kimliyi olsun. Məni əzib, tapdalayıb, keçmək
istəyirlər. Amma bilmirlər ki, Mehriban əzilən deyil. Mən maskasız
insanam!".