Əlaqə Arxiv
news Image
2014.07.10
13:52
| A A A
Fransaya gedən Nadir, ailəsini, qayınatasını, qaynanasını hara göndərdi?

İyulun 6-da Yaşıl Teatrda xanımına "Həyatımsan ömrüm qədər" adlı konsert həsr edən müğənni Nadir Qafarzadə Fransaya yola düşüb. Hazırda Fransada olan müğənni Movqe.az-a açıqlama verən müğənni bildirib ki, yaradıcılıq işləri ilə əlaqədar vətəni tərk edib:

: "Həyat yoldaşıma həsr elədiyim konsertdən sonra hələ ki, dincəlməyə vaxtım olmayıb. Yeni mahnılar yazdırmışam. Onların son tamamlanma işləri gedir. Özüm isə Fransaya gələsi oldum. Çünki burada gerçəkləşəcək olan layihədə iştirak edəcəm. Həmin proyekt barədə ətraflı nəsə deyə bilməyəcəm. Amma bir tək onu deyə bilərəm ki, həmin layihə səsli-küylü olacaq".

Müğənni da sonra istirahətindən də danışıb: "Ailəmlə birgə qayınatamı, qaynananmı Türkiyəyə istirahətə yola salıb, özüm Fransaya gəldim. Çox istərdim ki, mən də onlarla birgə dincəlim. Amma ayın 15-dən sonra layihədə işlərimi bitirib, mən də Türkiyəyə gedəcəm. Bu zaman isə bütün telefonlarımı bağlayacam. Çünki bütün vaxtımı ailəmə ayırmaq istəyirəm".

Sizin Reklam Yeriniz