news Image
2014.07.11
13:00
| A A A
"Çox pul, çoxlu düşmən gətirir"- cangüdənləri olan müğənni danışdı

Axar.az-ın bugünkü qonağı müğənni Elçin Hüseynovdur. Səhhətində narahatçılıq yaşanmasına baxmayaraq bizimlə görüşə razılıq verdi.

 

- Elçin bəy, heç yaxşı görsənmirsiniz. Səhhətinizlə bağlı hər hansı bir probleminiz var?


- Bəli, xəstəyəm. Gərgin iş rejimimə görə, immunitetim zəifləyib. Müalicə alıram.


- Artıq yay fəslidir. Yeni sezonda hansı yenilikləriniz var?


- "Cavanlıq" adlı yeni ritmik bir mahnı yazdırmışam. Axşama özümü gümrah hiss etsəm studiyaya gedib oxumaq niyyətindəyəm. Bu mahnını tamamlayıb bitirdikdən sonra məndə hamı kimi dincəlməyə üz tutacam.


- Harada dincəlməyi düşünürsünüz?


- Bizim müğənnilər Antalya və Bodrumu zəbt ediblər. Mən ailəmlə maraqlı və gözəl olan bir yerə getməyi düşünürəm. Amma soruşmayın hara? deməyəcəm...(gülür)


- Elçin bəy, qalmaqallara necə baxırsınız?


- Artıq 16 ildir ki, efirdəyəm amma bu vaxta kimi kiminləsə qalmaqal yaradıb, hay-küy salmamışam. Arxaca danışıb, səs-küy etmək qadına məxsusdur. 


- Qalmaqal edən kişilərə münasibətiniz necədir?


- Pis baxıram! Kişinin qadından fərqi olmalıdır ya yox? Mən açıq sözlü insanam və olanı deyirəm.


- Açıq sözlü biri olaraq şou aləmində qalmaqalla yadda qalanlardan kimin adını deyə bilərsiniz?


- Onu artıq hamı bilir mənim deməyimə ehtiyac yoxdur, hər şey göz önündədir. İnsan var ki bir sözü deyir və o sözlə də yadda qalır. Sonrada deyirlər ki o yaxşı oxuyandır. Bir kəlmə xoşagəlməz sözlə gündəmdə qalır.


- Bizim estaradan kimi dinləyirsiniz?


- İstəsəm də, istəməsəm də qulaqlarım eşidir, istedadı olan da oxuyur, olmayan da. (gülür).


- Böyük məmnuniyyətlə kimin konsertinə bilet alıb gedərdiniz?


- Bizdə konsertə bilet almaq söhbəti yoxdur (gülür). Biri konsert verən kimi, öz biletlərini paylayır hamıya. Bu yaxınlarda Abbas Bağırovun konserti oldu. Sözün əsl mənasında halal olsun. Azərbaycanda son illər ərzində ən möhtəşəm  konsertlərdən biri idi. Hər bir şey çox yüksək səviyyədə təşkil olunmuşdu. Mən  son illərdə belə bir konsertə şahid olmamışdım. Bunu etiraf edirəm və əgər yenə Abbas Bağırov konsert proqramı ilə çıxış edəsi olsa, şəxsən mən böyük həvəslə orada tamaşaçıların sırasında olacağam. İstər ifası, istərsə də səhnə mədəniyyəti, hər bir kompanenti  möhtəşəm gözə çarpırdı.


- Elçin Hüseynov bu gün konsert verəsi olsa, Yaşıl Teatrı doldura biləcək qüdrətdədirmi?


- Bilmirəm. Ola bilər ki, doldura bilməyim. Bu gün restoranlarda olan şou-proqramlar, konsertlərə olan tələbatı azaldıb. Konsertə verməyə ehtiyac qalmayıb, camaat gedib 10 manat verir bir fincan çay içir, qarşılığında isə, müğənninin ifasını da dinləyir, üzünü də  görür.


- Kişi müğənniləri arasında  özünüzü neçənci görürsünüz?


- İnsan özü-özünə qiymət verməyi bacarmalıdır ki, kənardan baxanda ona dəyər versin. Hər zaman özümü birinci görürəm.


- Toy bazarında necə? Elçin Hüseynovun əməyi varmı?


- Gülür... Elə əsas toylara gedən mənəm də, kişi müğənnilərdən mənim qədər toy şənliklərinə gedəni var ki?!


- Müğənni Elçin Hüseynova təlabat var, yoxsa toylara ucuz qiymətə gedirsiniz?


- Qiymət danışmıram heç vaxt və mütləq belə söhbətləri üz-üzə edirəm. Telefonla qiymət danışmağı sevmirəm. Mənə tələbat çoxdur.


- Az öncə dediniz ki, on kişi müğənni varsa, onların içində birincisi mənəm. Sizin fikrinizcə ümumilikdə 10 dənə "kişi" müğənnisi varmı heç?


- Bu suala cavab vermək istəmirəm (gülür). Açığı desəm kişi müğənniləri çox azdır, kişi kimi görünüb, kişi olmayanlar çoxluq təşkil edir.


- Deyilənə görə Elçin Hüseynovun şəxsi təyyarəsi var. Bu xəbər nə dərəcədə doğrudur?


- Doğrudur, şəxsi təyyarəm və bir neçə obyektlərim var. "Niel" şadlıq sarayı da mənimdir. O adın mənası da qardaşım Niam və Elçin deməkdir.


- Elçin Hüseynov kimdən və nədən qorxur ki, özünün şəxsi mühafizə dəstəsi var? Səmimi danışın...


- Belə deyim... imkan artdıqca düşməndə artır. Deyirlər ki "çox pul çox dərd gətirir". Mən belə deməzdim. Çox pul, çoxlu düşmən gətirir. Məni istəməyənlər çoxdur. 

- See more at: http://axar.az/news/23528#sthash.3mpZxwg7.dpuf

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs