Əlaqə Arxiv
news Image
2014.07.14
12:07
| A A A
Kərimin Təranəyə qarşı qaldırdığı iddia rədd edildi
Kərim Abbasovun keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədovaya qarşı qaldırdığı iddia məhkəmə tərəfindən rədd edilib. 


Bu haqda "Qafqazinfo"ya prodüserin hüquqlarını müdafiə edən hüquqşünas Zaur Quliyev məlumat verib: "Müğənni Kərim Abbasovun nümayəndəsi Zülfiyyə Bayramova xüsusi ittiham qaydasında olan ərizəni Təranə xanımın qeydiyyat yeri üzrə Xətai Rayon Məhkəməsinə təqdim etmişdi. Lakin aidiyyatı üzrə həmin ərizəyə Xətai Rayon Məhkəməsinə yox, hadisə "ANS"də baş verdiyinə görə kanalın hüquqi ünvanının yerləşdiyi rayonun yuridistikası üzrə birinci instansiya məhkəməsində baxılmalı idi. Biz də bununla bağlı məhkəməyə etiraz ərizəsi ilə müraciət etdik və məhkəmə bizim ərizəmizi əsaslı hesab edərək işi telekanalın yerləşdiyi Səbail rayon 1-ci instansiya məhkəməsinə göndərdi.

Bu dəfə biz Səbail Rayon məhkəməsinə yenidən etiraz ərizəsi və vəsatətlə müraciət edərək Zülfiyyə xanım tərəfindən xüsusi ittiham qaydasında tərtib olunmuş ərizənin düzgün tərtib olunmadığını əsas gətirərək məhkəmədən işin icraata götürülməməsini xahiş etdik. Məhkəmə bu dəfə də bizim müraciətimizi əsaslı hesab edərək işi icraata götürmədi və məhkəmə prosesi bitdi.

Əgər Kərim Abbasov yenidən məhkəməyə müraciət etsə, Təranə xanımı müdafiə etmək üçün bütün hüquqi vasitlərdən istifadə edəcəyik". 

Sizin Reklam Yeriniz