news Image
2014.07.15
10:08
| A A A
“Bir az paltarımı qaldırmışdım….”

"Mən başa düşə bilmirəm, məni qınayanlar oturub xarici, xüsusən də, türk seriallarında həmin səhnəyə baxırlar və bunu normal qarşılayırlar. Bizdə adi bir səhnə olan kimi hay-küy qaldırırlar". 



Movqe.az xəbər verir ki, bunu milli.az-a müsahibəsində əməkdar artist Mehriban Xanlarova deyib. Vaxtilə Şahmar Ələkbərovun "Sahilsiz gecə" filmində nisbətən açıq səhnəyə çəkilməsindən danışan M. Xanlarova deyir ki, əslində, orada elə bir açıq səhnə yox idi: "Bir az paltarımı qaldırmışdım. Onu da şişirtdilər. Müxtəlif fikirlər səsləndirdilər. Amma sonradan ara sakitləşdi".


Əməkdar artist onu da deyib ki, illər əvvəl "Təhminə və Zaur" filmində "Təhminə" rolunu o ifa edəcəkdi: ""Təhminə" roluna mən çəkiləcəkdim. Təsəvvür edirsiniz, biz artıq filmin məşqlərinə başlamışdıq. Son məqamda Rasim Ocaqov məni yox, Meral Konratı çəkmək qərarına gəldi. Səbəbini özüm də bilmirəm. Sakitcə çıxıb getdim.Əlbəttə, zənn edirəm ki, mən "Təhminə"ni Meral Konratdan yaxşı oynayardım və bu məndə ona nisbətən daha gözəl alınardı".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs