news Image
2014.07.18
14:51
| A A A
Uzun zamanın rəfiqələri birlikdə konsert verəcək

Hazırada Azərbaycanda fəaliyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün onula Hollandiyada təhsil alan dünyaca məşhur orqanist Cəmilə Cavadova-Spitsberq bir araya gəlib konsert verməyə hazırlaşır.


Bu barədə Movqe.az-a açıqlama verən Oya Ergün bildirib ki, onlar artıq verəcəkləri konsertin məşqlərinə başladıqlarını qeyd edib: " Mən musiqi təhsilimi, Cəmilə xanımla birlikdə Hollandiyada almışam. Elə olduki, mən Azərbaycana gəldim və biz burda görüşdük. Daha sonra Cəmilə xanımın burda bir konserti oldu məndə ora qonaq qismidə getdim mahnı oxudum. Daha sonra qərarə gəldik ki, ikimiz birlikdə konsert verək. Biz artıq məşqlərə başlamışıq. O, orqan ifaçısdır məndə opera ikimzdə konsertə çox səliqəli şəkildə hazırlaşırıq. Böyük etimal ki, konsertimiz avqust ayının əvvəlində baş tutacaq".


Qeyd edək ki, hazırda Cəmilə Cavadova-Spitsberq Amerikanın Texas ştatının Dallas şəhərində yaşayır və bu şəhərin Dövlət Universitetində professor - mühazirəçi kimi çalışır. Eyni zamanda, o, solo və ansambl ifaçısı kimi də fəaliyyət göstərir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs