news Image
2014.07.21
15:57
| A A A
Məşhur diktorun xatirəsi əbədiləşdirildi
Avqustun 20-də əfsanəvi diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı Aydın Qaradağlının 85 illik yubiliyi qeyd olunacaq.  Movqe.az xəbər verir ki, bu münasibətlə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2014-cü il tarixli 66 nömrəli sərəncamı ilə Siyəzən şəhərindəki Məşədi Əzizbəyov küçəsinin adı dəyişdirilərək Aydın Qaradağlı adı ilə əvəzlənib. Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qeyd edək ki, 17 yaşında diktor olmuş Aydın Qaradağlı uzun ömür yaşamasa da, Azərbaycan mədəniyyətində səsinin rolu olduqca böyükdür. Onun səsi Azərbaycan mədəniyyətinin, şeir və hekayələrin, ədəbiyyatın təbliğat və təşviqat carçısı simvoluna çevrilib. Aydın Qaradağlı istər rəsmi mövzuları, istərsə də bədii əsərləri dinləyicilərə böyük məharətlə çatdırırdı. İşində Kazım Ziya aktyor məktəbini nitq sənəti ilə özünəməxsus ustalıqla vəhdətləndirən Aydın Qaradağlı diktor peşəsini incəsənət zirvəsinə qaldıra bilib. Görkəmli sənətkar, sadə insan  Azərbaycan xalqının böyük hörmət və məhəbbətini qazanıb. Hazırda respublikada tanınmış diktorların əksəriyyəti məhz Aydın Qaradağlı diktor məktəbindən bəhrələnib. Bu gün də Aydın Qaradağlı fenomeni diktorlarımız tərəfindən araşdırılıb işlərində tətbiq olunmaqdadır. Bu böyük insan Azərbaycanda diktorlar arasında ilk dəfə olaraq Əməkdar artist adına layiq görülüb. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs