news Image
2014.07.22
13:00
| A A A
Bakıda bankomat dələduzları
Bakıda dələduzluqla bankomatdan pul çıxaran keçmiş məhkum tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, naməlum şəxs Qızılgül Hüseynovanın etibarından sui istifadə edərək Təbriz küçəsində yerləşən "Beynalxalq Bank"ın bankomatından 175 manat çıxararaq dələduzluq edib. Nərimanov Rayon Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti və 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Zakir Əliyev tutulub.  Tutulan zaman onun üzərində 0.287 qram heroin götürülüb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs