Əlaqə Arxiv
news Image
2014.07.23
18:35
| A A A
Tünzalə Ağayeva gizli bacarığından danışdı

Əməkdar artist Tünzalə Ağayeva gizli istedadından danışıb. 


"Şou+" verilişinə açıqlama verən müğənni rəsm çəkmək qabiliyyəti olduğunu deyib: 


"Rəssamlıq bacarığım var. Uşaqlıqda cizgi filmi qəhrəmanlarının şəkillərini çəkirdim. İndi vaxtım olsaydı, təbiət mənzərəsi işləyərdim. Belə rəsmlər xoşuma gəlir". 


Hədiyyə verməyi sevdiyini söyləyən T.Ağayeva hər bir mahnısını dinləyicilərinə bağışladığını bildirib:

 

"İnsan nəyisə bağışlamağı bacarmalıdır. Mən də almaqdan çox, hədiyyə etməyi sevirəm. Hər işdə mənəviyyat axtarıram. Yazdığım hər bir mahnım dinləyicilər üçün hədiyyəmdir".


Sizin Reklam Yeriniz