Əlaqə Arxiv
news Image
2014.07.29
13:08
| A A A
Tükan Şorayın həyatı film olacaq
Türkiyə kino aktrisası haqqında film çəkilir.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, türk kinosunun sultanı adlandırılan müasir Türkiyənin ən tanınmış qadınlarından olan Türkan Şorayın həyatından bəhs edəcək film çəkiləcək. Filmin rejissoruluğunu Şərif Görən, prodüserliyini isə Məhmət Görən icra edəcək. Çəkilişlərin avqust ayında başlayacağı, gələn ilin aprel ayında isə kinosevərlərə təqdim ediləcəyi bildirilir.

Aktrisa 28 yaşına qədər 200 (15 il ərzində) filmə çəkilib. Bu, ildə orta hesabla 13-14 film deməkdir. Sevilən aktrisanın iştirakı ilə cəkilən filmlər Yunanıstan və İranda, Kipr və Ərəb ölkələrində habelə keçmiş Sovet Respblikalarında və indiki MDB ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib

Keçmiş SSRİ-də o, rejissor Əjdər İbrahimovun Nazim Hikmətin əsəri əsasında çəkdiyi "Məhəbbətim mənim, kədərim mənim" filmindəki Məhin Banu obrazından sonra məşhurlaşıb. Antaliya və Daşkənd kinofestivallarında "Ən yaxşı aktrisa" adına , rejissor kimi isə Moskvada keçirilən kinofestivalında "Böyük priz" mükafatına layiq görülüb.

Bundan başqa İstanbul və Roma kinofestivallarında da mükafatlandırılıb. Vətən qarşısında xidmətlərinə görə ona Türkiyənin Dövlət Sənətçisi fəxri adı verilib. Türk kinosunun sultanı, Türkiyənin Sofi Loreni Türkan Şoray artıq neçə illərdir qardaş ölkənin ən yüksək gəlirli sənətçiləri sırasındadır. Türkan Şoray Ginnesin rekordlar kitabına ən çox baş rolları ifa edən aktrisa kimi düşüb.

2010-cu ildə Türkan Şoray YUNESKO-nun sülhməramlı səfiri seçilib.
Sizin Reklam Yeriniz