Əlaqə Arxiv
news Image
2012.07.10
12:34
| A A A
Rəqsanə haqqında inanılmaz sözlər
Movqe.Az xəbər verir ki, müğənni Rəqsanənin keçmiş prodüseri Təranə Səmədova onun haqda inanılmaz sözlər deyib.

Bəzi Kütləvi İnformasiya Vasitələrində Rəqsanə və Təranə Səmədova arasında münaqişələrin davam etdirildiyi bildirilir. Qeyd edək ki, Səmədova verdiyi müsahibədə artıq Rəqsanənin atmacalarından bezdiyini bildirib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Rəqsanə demişdi ki, Təranənin sevgilisi onu və anasını bıçaqla vurub. 
"Mən bu barədə eşidəndə şok yaşadım. Hamı zəng edirdi, necə olduğumu soruşurdu. Rəqsanə həmişə mənə zəng edib barışmaq istədiyini deyir. İndi başa düşürəm ki, onun istədiyi odur ki, mən onu bağışlayım və sonra efirə çıxıb desin ki, "Təranə etdiklərinə görə peşmandır".

Mən yalnız belə bir insanla tanış olduğuma görə peşmanam. Mən onu yaxşı tanıyıram və heç vaxt bağışlamayacam. Qoy o özünün utancverici əməlləri barədə düşünsün. O başa düşmür ki, hər dəfə efirdə mənim haqqımda murdar sözlər danışanda mən də onun sirlərini açacam. Get, camaatın ev pulunu ödə. Onun nə evi, nə də maşını var. Mən ona mənim haqqımda danışmağı qadağan edirəm. Onun dilini dibindən kəsmək lazımdır", - o qeyd edib.


Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz