Əlaqə Arxiv
news Image
2012.04.09
11:41
| A A A
Prodüser Təranə Səmədova gənc müğənnini niyə seçib? - FOTO
“Bütün qayğılarımda yanımda anam, gözəl balam və sevdiyim şəxs olur”

Prodüser Təranə Səmədova gənc ifaçı Günay İbrahim ilə çalışmasının səbəblərini açıqlayıb. Movqe.Az xəbər portalının məlumatına görə, T.Səmədova bu günə qədər bir çox müğənnilərin prodüseri olmasına baxmayaraq, Günayın həm işini, həm də insanlığını dəyərləndirib. O, müəyyən vaxtdan sonra hamı müğənninin müsbət xüsusiyyətlərini şahidi olacağını deyib: "Bir çox müğənnilərlə çalışmışam. Hər biri ilə də işləyəndə hər hansı xüsusi məqamlar olub. Ya şəxsi münasibətlərdən keçə bilməmişəm, ya sırf maddi marağım olub, ya da ki həmin insanlarla işləməyə sadəcə məcbur qalmışam. Amma Günayı seçməklə marağım sırf yaradıcılıqla bağlıdır. Bu xanımın çox gözəl sənəti və tərbiyəsi var. Savadlıdır. Əsas da bu xanımla dostluq etmək olur. Demək olar ki, bütün günü bir yerdəyik və heç darıxmırıq. Bir-birimizi tamamlayırıq. Potensialı çox genişdir. Mən bütün bunları söz olaraq deyə bilərəm. Amma müəyyən vaxtdan sonra hamı bunun şahidi olacaq".

T.Səmədova iş prosesində çətinlik çəkmədiklərini, əksinə, onlara insanların əksəriyyətinin onlara dəstək olduğunu bildirdi: "Elə bir iş yoxdur ki, orada çətinlik olmasın. Əgər çətinlik olmasa inanın ki, həmin işin heç dadı da olmaz. Ən çətin başa gələn işin də bəhrəsi çox yaxşı olur. Xüsusi çətinlik yaradan heç kim yoxdur. Əksinə, hamı dəstək olur. O qədər dəstəklər olanlar var ki, düşündüyümdən də artıq nailiyyətlərə doğru gedirik. (İnşallah!) Mənim altıncı hissim çox güclüdür və həqiqətən də uğurun bizə doğru gəldiyini hiss edirəm. Hər şey təbii ki, Allahın əlindədir. Elə Allahın köməkliyi ilə də hər şey həddindən artıq çox gözəl alınır. Hər hansı problem yaradan, istəyən olsa da, bu, yalnız mənə qarşı ola bilər. O da ki, elə söz olaraq... Ürəklərdə qalan isə arzu kimi də qalır!", - T.Səmədova dedi.


Prodüser həyatından razı qaldığını qeyd etdi. O, anası, balası və sevdiyi şəxsin ona dayaq olduğunu söylədi: "Həyatımda hər şey stabildir və gözəldir. Bir qadının xoşbəxtliyi üçün ona nə lazım ola bilər? Bütün qayğılarımda yanımda anam, gözəl balam və sevdiyim şəxs olur. Onlar arxam-dayağımdırlar. Ruzi-bərəkəti də ki, Allah yetirir. Axı bundan başqa həyatdan nə istəyə bilərəm? Naşükür bəndə olaram. Ona görə də mənə qalan yalnız hər gün səhər gözlərini açanda "Elhemdurillah" deməyimdir", - T.Səmədova etiraf etdi.


Fuad Mədətov









Sizin Reklam Yeriniz