Əlaqə Arxiv
news Image
2012.04.09
12:32
| A A A
Xatirə İslam: “Sənətdə məndən böyüklər var ki, əvvəl onlar ailə qursunlar” – FOTO
Müğənni yeni ifa etdiyi mahnısının klipini kimə həvalə edəcək?


Müğənni Xatirə İslam hələ ailə qurmaq fikirində deyil. Bu barədə Movqe.Az xəbər portalına müğənni özü danışıb. X.İslam açıqlamsında, sənətdə özündən sonra fəaliyyət göstərən həmkarlarına ismarıc göndərib: "Bu, mənim sözüm ilə deyil. Hələ ki, bu barədə heç bir planım da yoxdur. Sənətdə məndən böyüklər var ki, əvvəl onlar ailə qursunlar. Sonra da növbə mənə çatar", - X.İslam dedi.

Müğənni yaradıcılığından da söhbət açıb. O, qeyd edib ki, solo konsertindən sonra yeni mahnı yazdırdırıb: "Bəstəkar Gövhər Həsənzadənin "Biri var burada" adlı mahnısını ifa etmişəm. Lirik janrda olan mahnı çox gözəl mahnıdır. Mahnının sözləri Xanım Aydına məxsusdur. Yayda bu mahnıya klip çəkdirəcəyəm. Klipin rejissor Fuad Əlişov olacaq", - müğənni bildirib.


Fuad Mədətov



Sizin Reklam Yeriniz