news Image
2012.07.11
13:28
| A A A
Rihannanın Bakı konserti ilə bağlı bilet müsabiqəsi elan olunub
Movqe.Az xəbər verir ki, Rihannanın Bakı konsertinin təşkilatçıları müğənninin azərbaycanlı pərəstişkarları arasında müsabiqə elan edib.

Qeyd edək ki, bu müsabiqənin qalibləri oktyabrın 6-da "Crystal Hall"da keçiriləcək konsertin fan-zonasına bilet əldə edəcəklər.

Məlumata əsasən, Rihannanın pərəstişkarı olan hər bir şəxs qeyd olunan müsabiqədə iştirak edib, sənətçinin "Crystal Hall"da keçiriləcək möhtəşəm şousuna bilet qazana bilər. Bunun üçün fanatlar Rihanna üçün öz videomüraciətini çəkməli və ona sevgilərini etiraf etməlidirlər. Pərəstişkarlar "Rihanna, I love you" adlı videomüraciəti "fan@omnikomo.com" elektron ünvanına göndərə bilərlər.

İyulun 10-dan start verilən müsabiqə sentyabrın 1-nə kimi davam edəcək. Müsabiqənin qalibləri sentyabrın 15-ə kimi elan ediləcək.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs