Ən cazibədar qadını ən çox cəzb edən kişi
Movqe.Az bildirir ki, Kişilərin
maqazin jurnalı "Maxim" tərəfindən 2012-ci ilin ən cazibədar qadını
seçilən İsrail əsilli model Bar Refael onu ən çox cəzb edən kişinin
adını açıqlayıb. Model Bar Refael, məşhurlar dünyasında ona ən çox
təsir edən kişinin Justin Bieber olduğunu bildirib.Özündən 8 yaş
kiçik olan məşhur müğənninin tipini də, tərzini də çox bəyəndiyini
söyləyən Refael, zarafatla qarışıq "Justinle evlənmək istəyirəm.
Bu, həqiqətən çox əyləncəli olardı "deyib. Bieberın Selena
Gomezlə yaşadığı eşq həyatına çox hörmət etdiyini bildirən Refael
sözlərinə əlavə edərək deyib ki, "Selena həyatında olmasaydı
Justini ələ keçirmək üçün əlimdən gələni edərdim. Mən bəyəndiyim
bütün kişilərə ürəyimi açmaqda gec qaldım. Əvvəllər, Tom Kruzu çox
bəyənirdim, amma Keti Holmes də məni qabaqladı."