news Image
2014.09.04
10:16
| A A A
Əzizbəyli reanimasiyaya yerləşdirildi !

Müğənni Nurlan Əzizbəylinin səhhəti pisləşib. 

Axşam.az-ın məlumatına görə, gecə saatlarında sənətçi xəstəxanaya aparılaraq, reanimasiyaya yerləşdirilib. 

Bu haqda sosial şəbəkədə yazan N.Əzizbəyli "Əziz dostlar, çox pisəm, xəstəxanaya gedirəm. Dualarınızı məndən əsirgəməyin və haqqınızı halal edin" deyə bildirib.

Daha sonra ifaçının həyat yoldaşı Nara Əzizbəyli onunla bağlı bunları yazıb:

"Nurlan hazırda həkim nəzarətindədir. Reanimasiya şöbəsindədir. Səhərə kimi düzəlsə, əməliyyat olunacaq. Narahat olmayın, sadəcə, dua edin ki, yoldaşıma, oğlumun atasına heç nə olmasın. Qanına zəhərlənmə keçib, vəziyyəti çox ağırdır. Mən də çox pisəm, hamınızdan üzr istəyirəm, başqa heç nə danışa bilmirəm. Allah heç bir ailəni böyüksüz eləməsin, çox pisəm, göz yaşlarımı saxlaya bilmirəm".