Əlaqə Arxiv
news Image
2014.09.05
15:11
| A A A
"İki övladının ikisi də qolları arasında can verən ana"- Nuriyyə Əhmədovadan yazdı

Aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı vəkil Zülfiyyə Bayramova xalq artsti Nuriyyə Əhmədovanın dərdinə şərik çıxıb. Mövqe.az xəbər verir ki, tez-tez xalq artstini yoluxmağa gedən cütlük bu dəfə də N. Əhmədovanı tək qoymayıblar. 37 yaşlı oğlu Əlini itirən xalq artstinə vəkil Zülfiyyə Bayramova belə təskinlik verib:


"Dünən Nuriyyə xanımın üzünə baxdıqca hər şeyə nifrət etdim. Biz nəyin davasın edirik? Evimiz balacadı böyüdək, maşınımız köhnəlib dəyişək, bu paltar dəbdən düşüb, yenisini alaq və daha nələr, nələr... Dəyəri bir insan ömrünün çox-çox altında qalan ucuz dərdlər.....İki övladının ikisi də qolları arasında can verən ana. Övladlarını dəfn etməyə öz qapısı olmayan, özgə qapısından götürən xalq artisti... Qazandığın Azərbaycan boyda, itirdiklərin dünya boyda. Azərbaycan boyda şöhrəti, dünya boyda dərdi olan Nuriyyə!!!"

Sizin Reklam Yeriniz