Əlaqə Arxiv
news Image
2014.09.08
15:10
| A A A
Azərbaycanlı bəstəkar Türkiyədə mükafata laiq görülüb

Azərbaycanlı bəstəkar Sevinc Tofiqqızı Türkiyədə "Türk Dünyası Hizmet Ödülü" mükafata laiq görülüb.

Movqe.az-ın məlumatına görə, bəstəkar paytaxtı Ankarada olan Kərkük Mədəniyyət Dərnəyinin qonağı olub. Bu çərçivədə Sevinc Tofiqqızı Türkiyə, Kərkük və Türk dünyası mədəniyyət, sənət və musiqisinə vermiş olduğu xidmətlərinə görə, Kərkük Mədəniyyət Dərnəyi tərəfində "Türk Dünyası Xidmət Mükafatı" ilə tərtif edilib.

Qeyd edək ki, ödül törəni Ankara Etimesgut Bələdiyyəsinin hər il təşkil etdiyi Beynəlxalq Anadolu günləri Mədəniyyət və İncəsənət Festivalında İraq Türkmən gecəsi və Türkiyə Sənətçi Mustafa Yıldız Doğanın Konserti zamanı reallaşb. S.Tofiqqızına mükafatı Kərkük Mədəniyyət Dərnəyi Başçısı Dr. Şəmsəddin Küzeci tərəfindən təqdim edilib. Mərasiminə Etimesgut Bələdiyyə Başçısı Enver Demirel və həyat yoldaşı İlknur Dəmirəlin, Türkmeneli Mədəniyyət Mərkəzi Başçısı Dr. Mustafa Ziya məşhur aparıcı Vətən Şaşamazda iştirak ediblər.

Onu da deyək ki, bəstəkar Sevinc Tofqqızı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycan səfirliyinin mədəniyyət və Tanıtma müşavirliyinin dəstəyi ilə Türkiyəyə yoladüşüb.

Məlumat üçün bildirək ki, bəstəkar Sevinc Tofiqqızı Türkiyə və Atatürk heyranı bir olaraq Türkiyədə bir sıra yerlərinin ziyarətlərdə olacaq. Azərbaycan ilə Türk dünyası mədəniyyətinin inkişafı üçün yeni layihələrdə imza atacaq.

Sizin Reklam Yeriniz