news Image
2014.09.10
12:43
| A A A
Saçlarınızı bu meyvəni yeyərək uzadın
Mütəxəssislər Üzümdə olan flavanoidler saçları uzatdığını söylədi ... Süfrələrin imtina edilməz meyvələrindən olan üzümdə olan flavanoidler saçların sağlam və sürətli uzanmasını təmin edir. Mövqe.az xəbər verir ki, üzüm, çox sayda adam tərəfindən sağlamlığa olan faydalarıyla bilinir. Hətta ana südünün kifayət olmadığı hallarda bəzi həkimlər ana südü alması lazım olan körpələrə "bitki mənşəli süd" olaraq da adlandırılan üzüm meyvəsini tövsiyyə edir. Edilən araşdırmalarda da üzümün xərçəngin baş düşmənlərindən biri olduğu ifadə edilir. Qiymətli bir qida maddəsi olan üzüm meyvəsi vitamin və mineral baxımından zəngin məzmunuyla olduğu qədər, dərman olduğu çox sayda sağlamlıq problemləriylə də diqqəti çəkir. A vitamini, B1 vitamini, C vitamini, E vitamini, dəmir, kalsium, kalium, natrium, maqnezium və fosfor kimi çox qiymətli vitaminlər və minerallar ehtiva edir.