Əlaqə Arxiv
news Image
2014.09.10
17:04
| A A A
"O qazanır, mən xərcləyirəm"
Rejissor Fuad Əlişovun həyat yoldaşı, aktrisa Sevinc Əlişova "5/5" verilişinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, aktrisa ailəsindən bəhs edib. O, işləmədiyini, evdə yalnız həyat yoldaşının pul qazandığını deyib: 

"Bizim ailədə evin yükü kişinin üstündədir. O qazanır, evi saxlayır. Mənsə xərcləyirəm, evə nəzarət edirəm. Azərbaycan kişiləri son vaxtlar xanımlarının nazı ilə oynayırlar. İmkanı olan uşağına dayə tutur, evinə köməkçi gətirir. Əvvəl belə hallar yox idi. Qadınlar beş uşaq dünyaya gətirir, özləri saxlayırdılar. Mən son vaxtlar çalışmıram. Uşaqlarım dünyaya gədikdən sonra bu sahədən uzaqlaşdım. Bir ara sənətimə qayıtmaq istəyirdim, amma gördüm ki, vaxt uyğun gəlmir. Bu günə kimi evimizdə maddi problem olmayıb, İnşallah olmayacaq da. Biz hər halımızda bir-birimizin yanındayıq".
Sizin Reklam Yeriniz