Əlaqə Arxiv
news Image
2014.09.12
12:16
| A A A
“Elə ata uşağıma lazım deyil”
Hamilə aktrisa Türkan Əliyeva uşağının atasının müğənni Vüqar Muradov olması haqda yayılan xəbərlərə münasibət bildirib.


"Qafqazinfo"ya açıqlamasında 22 yaşlı aktrisa övladına sahib çıxmadığı üçün uşağının atasının kimliyini açıqlamaq istəmədiyini qeyd edib:

"Demək istəyirəm ki, şəxsi həyatımla bağlı məni verilişlərə çağırmasınlar və şəxsi həyatımla bağlı soruşmasınlar. Çünki düşünürlər ki, bunu reklam xətrinə edirəm. Lakin belə deyil. Hamiləyəm, buna görə çox xoşbəxtəm. Mənə uşaq lazımdır. Allah mənə övlad verib. Verməyib ki, onu abort etdirim və ya gizlədim. Gizli işim yoxdur, nə varsa, ortadadır. İllərlə uşaq üçün həkimlərə üz tutanlar var. Mənə lazım deyil uşağımın atası ona məcburən sahib çıxsın. Atası çox gözəl bilir ki, uşağı var və doğulacaq. Uşağım üçün nəsə etməsini gözləmirəm. Uşaq Allahımın mənə verdiyi paydır, bu gözəl hisdir. Uşağı dünyaya gətirəcəyimə qərar vermişəmsə, deməli, bütün məsuliyyətlərindən xəbərim var. Hər bir övlad ruzisi ilə doğulur. Mənə övladım lazımdır, onun yolunu gözləyirəm. Uşağımın atasının kim olduğunu heç yerdə söyləməmişəm. Onun adını özüm bilirəm. Uşağın doğulacağını bilib, heç bir məsuliyyət daşımayan ata mənə lazım deyil. Allaha şükür ki, övladım üçün əlimdən gələni əsirgəmirəm. Özüm min kişiyə dəyərəm, onun üçün həm ata, həm ana olaram".

Sizin Reklam Yeriniz