Əlaqə Arxiv
news Image
2014.09.16
16:14
| A A A
“Xalq artisti gecə saat 12-də zəng edir ki...” – Rövşanə
ANS-in aparıcısı Rövşanə Bektaşi "Günəbaxan" verilişinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, o, "Müğənnilər aparıcılara onları necə təqdim etməyi öyrədirlər" mövzusuna fikir bildirib: 

"Dəfələrlə olub ki, hansısa məşhuru verilişimə dəvət edəndə səhnə arxasında aparıcıya diqtə ediblər: məni xalq artisti, gözəl sənətçi, şöhrət ordenli və s. çağır. Müğənninin sırf bu cür təqdimat istəməsini qəbul etmirəm. Çox olub ki, söz vermişəm, amma yerinə yetirməmişəm. Sənətçi başa düşməlidir ki, biz onu efirə çağırmışıqsa, demək, ona hörmət qoyuruq. Hətta efirdə anons etmişəm ki, filan müğənnini verilişdə görəcəksiniz. Gecə səhərə kimi telefonum susmayıb. Xalq artisti gecə saat 12-də zəng edir ki, məni belə çağırarsan. Ona görə gecələr telefonumu söndürdüyüm vaxt da olub. İfaçını yalandan tərifləyə bilmərəm". 

R.Bektaşi xalq artistlərinə müraciət edərək, onlara ismarış göndərib:
 
"Xalq artistlərinə, sənətkarlara üzümü tutub deyirəm: bizim işimiz sizdən keçmir. Uzaq başı övladımızın toyuna çağırarıq. Amma sizin işiniz bizdən keçir. Bizə hörmətlə yanaşın. Bir ay sizi efirə çağırmasaq, yüz adamla xəbər göndərirsiniz. Gündəmə çıxmaq üçün jurnalistlərdən beşəlli tuturlar. Bununla gündəmə gəlib, toy qazanırlar".
Sizin Reklam Yeriniz