Əlaqə Arxiv
news Image
2012.07.15
14:36
| A A A
Azərbaycanın əməkdar artistinə qeyri-adi təklif etdilər
Movqe.Az xəbər verir ki, müğənni Aslan Lider telekanalının "Rəngarəng" verilişinin efirində əməkdar artist Elza Seyidcahana qeyri-adi məsləhət verib. 

"Mən Elzaya demək istəyirəm ki, Maştağa qəsəbəsinin yanında böyük bir ərazini qamışlıqdan təmizləyirlər. Tezliklə orada boşluq olacaq, ev tikməyə hazırlaşırlar. Qamışlığın sakinləri olan milyonlarla ağcaqanad isə evsiz-eşiksiz qalacaq. Qoy Elza onlara konsert versin", - deyə Aslan bildirib.

Müğənni  onuda qeyd edib ki, hələ ki, tamaşaçıları var, nə zaman onlar tükənsələr, o zaman heyvanlara və cansız əşyalara konsert verəcək.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz