news Image
2012.07.15
13:41
| A A A
Azərbaycanlı müğənni Ramal qız axtarır?
Movqe.Az xəbər verir ki, Azərbaycanın populyar müğənnisi Ramal İsrafilov etiraf edib ki, qızlarla münasibəti yaxşıdır və kimsəylə qalmaqal yaratmaq fikri yoxdur. Bu haqda müğənni yerli telekanallardan birində etiraf edib. 

"Bir vaxtlar mənim Elza xanımla problemim vardı, çünki efirdə onu parodiya etmişdim, bu isə onun xoşuna gəlməmişdi. Ancaq indi mənə zəng edir, deyir ki: "Ramal, mənim səsimlə danış da". Daha belə etməyəcəm. Öz sözlərimə görə peşmanam. Ümid edirəm ki, bundan sonra Elza xanım mənim haqqımda ancaq yaxşı sözlər deyər".

Daha sonra o deyib: "Abbas Bağırova gəldikdə isə, sözün düzü, onun mənim "Aləm gözəl" mahnımı mənimsəməsi məni elə də narahat eləmir. Çünki bütün həmkarlarım toylarda o mahnını oxuyurlar".

Özünün nişanlanması barədə şayiələrə münasibət bildirən müğənni onları yalanlayıb, bildirib ki, hələ də arzularındakı qızı axtarır. Efirdən subay qızlara səslənən Ramal deyib ki, onlardan istənilən biri onun xanımı ola bilər, yəni: "Tələsin, qızlar!"

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs