Əlaqə Arxiv
news Image
2014.09.18
11:13
| A A A
"Hər kəsə Qaqauziyadan salamlar" - millət vəkili

Millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə çox aktivdir. Millət vəkili bu dəfə Qaqauz türkləri haqda fikirlərini paylaşıb:


"Qaqauziya... Özümü sanki öz evimdəki kimi hiss edirəm. Qanı qanımızdan, dili dilimizdən olan qardaş-bacılarımız insanı o qədər səmimiyyətlə qarşılayırlar ki... Qaqauz türkləri demək olar ki bizimlə eyni ləhcədə danışır, çox az fərqlər var. Fərqimiz sadəcə onların xristian, bizim isə islam dinində olmamızdır. Adət-ənənələrin əksəriyyəti eynidir. Çox qonaqpərvərdirlər. Mənə Qaqauz türkü qadınlarının milli geyimini hədiyyə etdilər və sonra çox incə bir şəkildə "geyinərsinizmi" deyə soruşdular və mən də "əlbəttə, böyük məmuniyyətlə" dedim. Fotonu çəkəndə "tam bir Qaqauz türkünə bənzəyirsiniz" dedikləri zaman "doğrudur, siz də Azərbaycan türklərinə çox bənzəyirsiniz" dedim və gülüşdük. Qaqauziya və Qaqauz türkləri ilə bağlı kitabımı inşallah dekabr ayında təqdim edəcəm və inanıram ki, insanlarımız üçün maraqlı olacaq. Hər kəsə Qaqauziyadan salamlar".



Sizin Reklam Yeriniz