“Öyle bir geçər zaman ki...”nin qəhrəmanı Bakıya gəlir
Xalq Yazıçısı
Elçinin "Mahmud və Məryəm" romanı əsasında çəkilməsi nəzərdə
tutulan eyniadlı filmin yaradıcı heyəti Azərbayacana gəlir.
Türkiyənin ən baxımlı seriallarından olan "Kuzey Güney" serialının
rejissoru, eyni zamanda "Mahmud və Məryəm"də rejissoru olan Mehmet
Ada Öztekin də Bakıya gəlir. Filmin yaradıcı heyəti sabah yerli
vaxtla saat 19:30-da Bakıda olacaq.
Bakıya gələn aktyorlar arasında "Öylə bir keçər zaman kı..." filminin Metesi - Aras Bulut İynemli, Eva Dedova, Fəxrəddin Manafov, Məlahət Abbasova,Tomris Incer, Mehmet Çevik,Polat Bilgin,Şafak Başkaya,Kristina Krepela,Şamil Süleymanov, Açelya Özcan,Murad Abdullayev, İlker Kizmaz,Ramiz Məlikov. Mert Öcal və Cemal Hünal var.
Filmin Azərbaycanda çəkilişləri Bakının Suraxanı rayonu ərazisindəki "Atəşgah" məbədində, Şirvan, Qax, Qəbələ rayonlarında aparılması nəzərədə tutulub. Əsər savaş, səfalət və böyük sevgidən bəhs edir.
Türkan Nadirqızı
Movqe.Az