news Image
2012.07.16
13:10
| A A A
Müğənni Röyanın bacısı ağır qəzaya düşdü
Movqe.Az xəbər verir ki, Azərbaycanın populyar müğənnisi Röyanın bacısı ağır qəzaya düşüb. 

Oğlu ilə yol nəqliyyat qəzasına düşən Vüsalə Nəcəfovanın vəziyyəti ağırdır. Ötən gecə Bakı-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı Rizvan Niyazovun idarə etdiyi "Mitsubishi" markalı avtomaşın qəzaya uğrayıb.

Qəza nəticəsində avtomobidə olan iki nəfər sərnişin, 29 yaşlı Abşeron rayon Mehdiabad qəsəbə sakini Nəcəfova Vüsalə Yaqub qızı və onun 6 yaşlı oğlu Niyazov Fəxri Rizvan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı 6 yaşlı Fəxrinin vəziyyətinin normal olduğu məlum olub. Xəsarətləri ağır olan Vüsalə Nəcəfova isə dərhal cərrahi müdaxilə üçün əməliyyat otağına çatdırılıb. Cərrahi müdaxilədən sonra Vusalə Nəcəfovanın həyatını xilas etmək mümkün olsa da, onun vəziyyəti ağır olaraq qalır.

Xatırladaq ki, qəza zamanı ağır yaralanan 29 yaşlı Nəcəfova Vüsalə Yaqub qızı tanınmış müğənni Röyanın bacısıdır.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs