Əlaqə Arxiv
news Image
2014.09.22
13:08
| A A A
Müğənni göl qırağında ... - VİDEO

Gənc müğənni Fidan Süleymanova "Sevəydin kaş" mahnısına çəkilmiş klipi təqdim edib. Mövqe.az xəbər verir ki, müğənnin verdiyi məlumata görə, musiqisi özünə, sözləri şairə Leyli İsrafilovaya aid olan klipi "Azəri" prodakşn ərsəyə gətirib. Ekran işində bu dəfə də gənc sənətçinin tərəf müqabili yoxdur. F.Süleymanova kliplərində tək çəkilməyini belə izah edib:

"Bu klip üçün əlliyə yaxın model şəkli göndərdilər, amma bəyəndiyim olmadı. Ona görə də yenə tək çəkiləsi oldum. Ola bilər ki, nə vaxtsa klipimdə tərəf müqabilim olsun". Qeyd edək ki, çəkilişləri Bakıdakı 20-mərtəbəli binanın üstündə, Nizami küçəsində və göl qırağında baş tutan klip tezliklə klip "Lider" televiziyasında yayımlanacaq".



Sizin Reklam Yeriniz