news Image
2014.09.22
16:30
| A A A
Fransadan qayıdan Elnurdan xəbər var !

Müğənni Elnur Məmmədov yaradıcılığında olan yenilikdən danışıb. Movqe.az-a açıqlama verən müğənni bildirib ki, söz və musiqisi Aygün Quliyevaya məxsus olan "Desəm ki" adlı bəstəni ifa edib: "Artıq istirahət mövsümünü geridə qoyduq. Amma açığını desəm istirahət mövsümündə elə də istirahət etmədim. Bir çox sənət dostlarımla birgə Fransada bir layihənin çəkilişi üçün bir araya gəldik. Səfərdən qayıtdıqdan sonra dərhal iş başına keçib, bir neçə mahnı lentə aldırdım. Məhz həmin mahnılardan birini isə hazırda sizinlə bölüşürəm. Aranjemanı Hakan Erola məxsus olan bu bəstənin seviləcəyinə inanıram".