Əlaqə Arxiv
news Image
2014.09.23
11:51
| A A A
Region TV yeni mövsümdə fəaliyyətə başladı
Milli Teleradio Şurasının keçirdiyi tenderin nəticələrinə əsasən ümumrespublika yayım hüququ əldə edərək may ayından efirə başlayan Region Tv artıq bir neçə gündürki yeni mövsümə başlayıb. Bu haqda Movqe.az-a məlumat verən kanalın sədr müavini İslam Ağayev bildirdi ki, yeni mövsümdə tamaşaçıları çox maraqlı proqramlar gözləyir. "Region TV"-nin əsas istiqaməti ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatının işıqlandırılması, habelə Azərbaycanın bölgələrinə xüsusi diqqət ayırmaqdır. Telekanalın əsas proriteti MTRŞ-nın elan etdiyi müvafiq tenderin şərtlərində də olduğu kimi ölkənin regionları ilə bağlı daha dolğun məlumatların çatdırılmasıdır. Bununla yanaşı telekanalın efir torunda paytaxt tamaşaçısının zövqünə oxşayacaq proqramların sayıda kifayət qədər olacaqdır. Açıq yayımla yanaşı Region TV Azərbaycanın ilk peyki olan AzerSpace1-in Avropa seqmentində, kabel tv-lər, həmçinin internet vasitəsilə də yayımlanır..
Sizin Reklam Yeriniz