news Image
2014.09.24
15:35
| A A A
Rəhman Rəhmanov oğlu haqda: “Pis vərdişləri qalmayıb”
Aktyor Rəhman Rəhmanov bir vaxtlar narkotik aludəçisi olan oğlundan danışıb.

Axşam.az-ın məlumatına görə, "Gündəlik" verilişinin qonağı olan aktyor oğlunun pis vərdişlərini tərgitdiyini bildirib. O, aparıcı Mətanət Əliverdiyevanın "Oğlunuzun pis vərdişləri var idi. İndi necə oldu" sualına belə cavab verib:

"Allaha şükür, hər şey yaxşıdır. Heç bir pis vərdişi qalmayıb. Oğlum sağaldı. Hər şey əladır artıq. İnanıram ki, bundan sonra da yaxşı olacaq".

Qeyd edək ki, aktyorun oğlu Emil Rəhmanov 2008-ci ilin yanvarında saxlanılmışdı və Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə 6 il həbs cəzası almışdı. Həmçinin, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnmişdi. O, eyni zamanda, narkotikdən istifadə edirmiş.