news Image
2014.09.25
17:34
| A A A
Elza Seyidcahan: “ Özümü təslim edirəm”

Azərbaycanın əməkdar artisti və bəstəkar Elza Seyidcahan aktyor və aktrisalardan şikayətlənib. 



Aktual.az-ın məlumatına görə, əməkdar artist deyib ki, aktyorlar rejissorlarla düzgün işbirliyi qurmaq istəmir.  

 


Bu isə serial və filmlərimizin geridə qalmasına gətirib çıxarır: "Bəzi aktrisalar var ki, özlərini rejissora tam təhvil vermirlər. Rejissor onlara verdiyi obrazda özlərini görmürlər. biz rejissora sərbəstlik verməliyik.  



Rejissor bizi harada görürsə, orda da olmalıyıq. Görək bizdən nə alınacaq. İstedadlı rejissorlarımız var. Sadəcə, aktrisa özünü rejissora tam təhvil verməlidir. Mən özüm mahnımı oranjimançıya verəndə onu sıxmıram. İmkan yaradıram ki, daxilində nə var, mahnıya köçürsün. Mən özümü ona təslim edirəm".



Rejissorlara tərəfkeşlik edən Elza  Seyidcahan daha sonra  sənət yoldaşlarına qarşı çıxıb: "Son zamanlar müğənnilərimiz də, həm mahnı yazır, həm oranjiman edir, həm də rejissorluğunu edir, yəni demək istəyir ki, mənəm. İstedadlı aktyorlarımız, rejissorlarımız, bəstəkarlarımız da var. Sadəcə,mdoğru ünvanda olsunlar".