Əlaqə Arxiv
news Image
2014.09.26
11:28
| A A A
“Hər şeydə sən varsan”

Hit mahnıların müəllifi Tural Bayraməliyev serialı üçün soundtrek yazıb. "Hər şeydə sən varsan" adlanan həzin melodiya Türkiyədə aranjeman olunub.

Mahnıları məhşurların ifasında səslənən müəllif bu dəfə filmə musiqi yazmaq təklifi alıb. Təklif bəstəkara serialın rejissoru Natiq Novruzovdan gəlib. Böyük musiqiçi heyətin iştirakı ilə yazılan soundtrek yaxın günlərdə kanallardan birində yayıma başlayacaq "Tələ" serialında səsləndiriləcək.

Qeyd edək ki, bu, Tural bəylə Natiq Novruzovun növbəti iş birliyidir. Rejissor bundan öncə, söz və musiqisi Tural Bayraməliyevə məxsus "Azərbaycan" mahnısını ekranlaşdırıb. Mahnını əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova bacıları səslənidirb.


Sizin Reklam Yeriniz