news Image
2012.07.17
11:23
| A A A
Azərbaycanlı müğənni Qədir Qızılsəs ölümdən dönüb
Movqe.Az xəbər verir ki, Azərbaycanın məşhur ifaçısı Qədir Qızılsəs efirdən niyə küsdüyünü açıqladı.

Müğənninin sözlərinə görə, buna səbəb ağır xəstəlikdən əziyyət çəkməsi olub.

"Mən neçə illərdir ki, xəstəlikdən əziyyət çəkirdim. Lakin mən haqda inanılmaz söhbətlər danışırdılar. Mən sadəcə məddə-bağırsaq xəstəliyindən əziyyət çəkirdim. Hər gün təcili yardım çağırırdım ki, mənə dərman versinlər. Neçə illər mənə qidalanmağı qadağa ediblər.

Mən hər zaman tanrıma şükür edirəm. Pis günlərimdə də şükür edirdim. Və gördüyünüz kimi indi sağ-salamat öz sənətim ilə məşqulam. Lakin mən xəstə yatanda heç bir dostum məni axtarmadı. Adi bir zəngi belə məndən əsirgədilər.

Mən heç kimə pislik etməmişəm. Heç vaxtda etmərəm. Belə bir münasibətin səbəbini hələ də başa düşə bilmirəm. Bəlkə də kiminsə yerini dar edirdim və hər kəsin ürəyincə idi ki, Qədir bu sənətdən getsin. Lakin mən ölümdən döndüm. Hal-hazırda da özümü çox yaxşı hiss edirəm", - deyə müğənni deyib.

Bildiyimiz kimi, Qədir Qızılsəsin xəstə yatdığı vaxtlar ailəsinin onu tərk etdiyi, kimi fikirlər söylənmişdi. "Ağır vaxtlarınızda ailəniz yanınızdaydı?" sualına isə müğənni bu cür cavab verdi:

"Mən bir dəfə sevgi yaşamışam, onuda hələ də yaşayıram. Mən xəyanətkar insan deyiləm ki, ailəm də mənə xəyanət etsin. Ailəm hər zaman mənimlə olub", - Qədir Qızılsəs cavab verib.

Müğənni həmçinin də bundan sonra efirlərə çıxıb, onu sevənləri intizarda qoymayacağına söz verdi.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs