news Image
2014.09.29
16:50
| A A A
Sərdar Ortac: "Divarlar üstümə gəlir"

Multipl Skleroz xəstəliyindən əziyyət çəkən türkiyəli məşhur müğənni Sərdar Ortacdan pis xəbər var.

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimlər müğənnidə klaustrofobiya xəstəliyi aşkar edib. Müğənni verdiyi açıqlamada təxminən 10 gün əvvəl bu xəstəliyə tutulduğunu öyrəndiyini deyib. Pis günlər yaşadığını deyən Ortac böyük sıxıntı keçirdiyini dilə gətirib:

"Liftlə qalxa bilmirəm. Son günlər kinoya da getməmişəm. Evdə qalmaq dəhşətdir. Sanki divarlar üstümə gəlir. Gecənin bir yarısı özümü çölə atıram".

Xatırladaq ki, klaustrofobiya - qapalı yerlərdən qorxmaqdır. Klaustrofobiyası olan insanlar lift və ya tunel kimi qapalı və qaranlıq yerlərdə panikaya düşürlər və qapalı, dar məkanlarda nəfəs ala bilməmək, boğulmaq, orada ömürlük qalmaq dəhşəti yaşayırlar. Əsasən uşaqlıq dövründə aldığı hər hansı bir travma nəticəsində insanda klaustrofobiya yaranır.