Kriştiano Ronaldonun nişanlısı İrina Şayk filmə çəkiləcək
Movqe.Az xəbər verir ki, Kriştiano
Ronaldonun nişanlısı Rusiyalı model İrina Şayk bu dəfə özünü kino
sahəsində sınayacaq. Filmdə Letisiya Kasta ,Haydi Klum, Rouzi
Hantinqton Uaytli rol alacaq. Məlumatlara görə, İrina Şayk
Rusiya-Amerika romantik komediya filmində baş rolda çəkiləcək. "
Mən yanında olacam" adlı filmin prodüseri Pavl Ruminovdur. Film
ingilis dilində çəkiləcək. Filmin çəkilişləri payızda başlayacaq,
təqdimatı isə 2013-cü ilin yazın axırına planlaşdırılır.
Onu da xatırladaq ki, mətbuatda Kriştiano Ronaldo və İrina Şaykın iyul ayının 12-si toyları olacağı barədə məlumat yayılmışdı. Lakin həmin gün cütlük ailə qurmaq əvəzinə, balıq tutmağa gediblər.