news Image
2012.04.13
20:09
| A A A
“Şeron” qrupunun keçmiş solistinin toyu olacaq – EKSKLÜZİV – AÇIQLAMA - FOTOSESSİYA
“Özəl məsələləri mətbuatda yayımlanmasını istəmirəm, sevmirəm” Müğənni Yaşar Yusub ailə qurur. Movqe.Az xəbər verir ki, Rüstəm Zeynallının rəhbəri olduğu "Şeron" qrupunun keçmiş solisti, gənc bəstəkar-müğənni Yaşar Yusubun aprelin 16-da paytaxt restoranlarının birində toyu olacaq.
Y.Yusubun Movqe.Az-a bildirdiyinə görə, toyu mətbuatdan gizli saxlayır və bu barədə heç bir məlumat vermək istəmir. Müğənni yalnız onu dedi ki, sevdiyi xanımla çoxdan tanışdırlar: "Gizli bir şey deyil. Onsuzda bütün dinləyicilərimiz, tamaşaçılarımız xəbər tutacaqlar. Hər bir gənc kimi mən də ailə qurmağı qərara aldım. Nəhayət ki, ailə qururam. Neçə illərdi ki, sevdiyim bir şəxs ilə... Mənə elə gəlir ki, artıq ailə qurmağımın vaxtı yetişib. Ümumiyyətlə, özəl məsələləri mətbuatda yayımlanmasını istəmirəm, sevmirəm. Amma bundan əlavə onu deyə bilərəm ki, həmin xanımla çoxdan tanışıq. Adını da deyə bilmərəm", - Y.Yusub dedi.

Y.Yusub, toyun hansı restoranda olacağını açıqlamadı. O, toya KİV-nin girişinə qadağa qoyulacağını da dedi. Müğənni toyunda yaxınlarının, doğmalarının və dostlarının iştirak edəcəyini söylədi.

Allah xoşbəxt etsin!

Fuad Mədətov
















Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs