news Image
2012.04.13
20:09
| A A A
Azərbaycanlı fotomodel müğənni olub – FOTOSESSİYA
“Bu baxımdan da model olub və bunu davam etdirmək çox çətindir”

"Azəri top model" müsabiqəsinin iştirakçısı müğənnidir. Movqe.Az xəbər portalının məlumatına görə, fotomodel və gənc ifaçı Ayan Nəzərli hələ müsabiqədən əvvəl musiqi qruplarında solist olduğunu deyib. A.Nəzərli Movqe.Az-a açıqlamasında "Azəri top model" müsabiqəsini yarımçıq tərk etdikdən sonra ifaçılıq sənətini davam etdirdiyini və hazırda müəyyən tədbirlər çıxış etdiyini bildirdi: " "Azəri top model" müsabiqəsinin iştirakçısı oldum və müsabiqəni yarımçıq tərk etmişdim. Müsabiqədən sonra ifaçılıq sənətini davam etdirməyə başladım. Mən müsabiqədən əvvəl də musiqi qruplarında solist kimi fəaliyyətimi davam etdirmişdim. Hazırda heç bir qrupun solisti deyiləm və ifaçılıq sənətini solo davam etdirirəm. Şou proqramlarda, müəyyən tədbirlərdə səhnyə çıxıram. İndi tanınmış bəstəkarlarla işləmək, onların mahnılarını ifa etmək istəyirəm. Çünki sənətin məsuliyyətini bilirəm. İşimə ciddi yanaşıram. Əvvəlcədən nə isə danışmaq məncə, düzgün olmaz. Bunu zaman göstərəcək. Düzdür, yaradıcılıqla bağlı müəyyən maddi problemlərim olur. Bu da düzələr", - A.Nəzərli dedi.

A.Nəzərli onu da qeyd etdi ki, Azərbaycanda model biznesi və model sənəti inkişaf etmədiyi üçün model kimi fəaliyyət göstərmək çox çətindir. O, ölkədə modelə dəyər verilmədiyini söylədi: "Azərbaycanda model sənəti, model biznesi inkişaf etməyib. Bu baxımdan da model olub və bunu davam etdirmək çox çətindir. Sadəcə olaraq onu deyə bilərəm ki, Azərbaycanda modelə dəyər vermirlər. Amma müsabiqə zamanı nisbətən fotomodel inkişaf etməkdə idi. Müsabiqədən sonra hər şey əvvəlki vəziyyətinə qayıtdı. Çox istəyirəm ki, xaricdə olduğu kimi, bizdə də model biznesi inkişaf etsin. Çünki Azərbaycanın çox gözəl qadınları var və onlar model biznesinin, model sənətinin inkişafında rol oynaya bilərlər", - fotomodel dedi.

Fuad Mədətov

Foto müəllifindir



















Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs