Əlaqə Arxiv
news Image
2014.10.08
12:50
| A A A
75 yaşlı xalq artisti: "Xalqın ağzın bağlamaq olmaz ki..."
Xalq artisti Teymur Mustafayev səhhətindəki problemdən danışıb. Yayılan şayələri əsassız adlandıran xalq artisti sağlam olduğunu iddia edib. Bu barədə Region Tv-də yayımlanan "Şou Məkan" verilişinə danışan T. Mustafayev bildirib: " Xəstələnməmişəm. Xalqın ağzın bağlamaq olmaz ki... Efirə gec çıxanda deyirlər nə olub görəsən əmi xəstələnib?! Bir Allah şahiddir. Ümidvaram ki, yaxşı olacaq, belə gedəcək. Mən varam ki, mənlə maraqlanırlar. Xalqın gözündə bir sənətkaram ki, məni yada salırlar. Bu xəbəri eşidib narahat olanlara demək istəyirəm ki, narahat olmasınlar".


Xatırladaq ki, T. Mustafayev 1939-cu il 10 aprel tarixində Cəlilabadda dünyaya göz açıb. 


Sizin Reklam Yeriniz