“Davay, do svidaniya” meyxanasının yeni versiyası hazırlanır
Movqe.Az xəbər verir ki, Azərbaycanın məşhur meyxanaçıları
İntiqam və Ehtiram Rüstəmov qardaşları onlara aid olan "Tı kto
takoy? Davay, do svidaniya" qafiyəsinin müəlliflik hüququnu almağı
planlaşdırırlar.
Meyxanaçı bildirib ki, "Tı kto takoy? Davay, do svidaniya"nın yeni versiyası hazırlanır. Yeni meyxanaya Bakıda olan restoranlardan birində klip də çəkiləcək.
Qeyd edək ki, meyxanaçının sözlərinə əsasən, rus dilində 10 meyxanadan ibarət albom hazırlanır. Albomun adı "Tı kto takoy? Davay, do svidaniya" olacaq.
Türkan Nadirqızı
Movqe.Az