news Image
2014.10.09
17:35
| A A A
Xalq artistinin vəziyyəti ağırdır

Xalq artisti Yalçın Rzazadənin səhhəti yenidən ağırlaşıb. Publika.az-ın əməkdaşının telefon zənginə cavab verən sənətkar özünü pis hiss etdiyini və dünəndən səhhətindəki problemlərin yenidən özünü büruzə verdiyini söyləyib:

"Qan təzyiqim yüksəkdir, ürəyimdə problem var. Elə indicə həkimdən gəlirəm. Dünən də Mədəniyyət və İncəsənət Universitetindəki işimi yarımçıq qoyub evə getmişdim. Həkimlər bildirdilər ki, bir müddət işə getməyim. Çünki mənə sakitlik lazımdır".

 

Qeyd edək ki, bir müddət öncə də xalq artistinin sağlamlığında ciddi problem yaranmışdı. Ancaq sonradan həkimlərin müdaxiləsi ilə sənətkarın vəziyyəti stabilləşmişdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs