Əlaqə Arxiv
news Image
2014.10.16
12:30
| A A A
İlahə İbadova Şəmistan Əlizamanlının yolunu davam etmək iddiasındadır

"Xalq ulduzu" yarışmasının uğurlu ifaçılarından olan İlahə İbadova yeni mövsümdə yeni yaradıcılıq işləri vəd edir. Nəzərdə tutulan layihələrdən biri duetdir ki, eyni müsabiqədən tanınıan Kamil Cəfərovla ifa edilib. "Almağa gəlin" adlı xalq mahnısı bu həftə təqdim ediləcək. Növbəti duet isə vokal ifaçısı Samir Cəfərovla nəzərdə tututlub. Vətənpərvər ruhda lentə yazılacaq mahnının müəllifi Altay Yaşardır və "Vətən" adlandırılıb. Duet ortaqları kompazisiyanı video görüntülərdə də əks etdirməyi düşünüblər. İlahə xanım bu layihənin Şəmistan Əlizamanlının vətənpərvər mahnılarından sonra eyni ruhda seviləcəyinə inandığını bildirib.

"Musiqi və sözlər artıq duetin uğurlu alınacağından xəbər verir. İfamız yazılsın, klliplə vətənpərvər hisslərimizi bu layihədə əks etdirəcəyik" – deyən İlahə xanım növbəti hazırlıqlara diski üzərində başlayacaq. Klassik mahnıları yeni aranjemanda hazırlayan sənətçi ehtimalla onları ikili diskə sığdıracağını qeyd etdi.

Sizin Reklam Yeriniz