Əlaqə Arxiv
news Image
2012.07.18
23:13
| A A A
Mehriban Xanlarovanın ölkədən çıxmasına qoyulan qadağa ləğv edildi
Movqe.Az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində əməkdar artist Mehriban Xanlarovanın apelyasiya şikayətinə baxılıb. Və nəticə də M.Xanlarovanın ölkədən çıxmasına qoyulan qadağa ləğv edilib.

Hakim İlqar Dəmirovun sədrliyi ilə keçirilən prosesdə aktrisanın şikayətinə baxılıb və onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Bakının Yasamal rayon məhkəməsinin qərarları ləğv olunub. Qeyd edək ki, məhkəmə işin baxılması üçün yenidən Yasamal rayon məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, aprelin 19-da Yasamal Rayon Məhkəməsi 28 fevral 2011-ci il tarixli icra sənədi üzrə borclu Xanlarova Mehriban Aslan qızının ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar çıxarmışdı.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz