news Image
2014.10.16
11:50
| A A A
Nadir: "Kiminsə bostanına daş atıb, gündəmdə qalanlardan deyiləm"- Video

Qalmaqallı açıqlamaları və şou-biznesdə etdiyi layihələri ilə tanınan müğənni Nadir Qafarzadə sözləri Altay Yaşara, musiqisi və aranjemanı Fərid Kərimliyə məxsus "Axşamlar" adlı bəstəni lentə aldırıb. Movqe.az-a açıqlama verən ifaçı bildirib ki, yeni ifa etdiyi bu mahnı seviləcək: "Daim yeniliklərlə sevənlərimin qarşısına çıxıram. Kiminsə bostanına daş atıb, gündəmdə qalanlardan deyiləm. Mahnılarımla sözümü deyirəm. Bəlkə də bu sözlərim kiminsə xoşuna gəlməyə bilər. Amma bu reallıqdır. İndi də yeni "Axşamlar" adlı mahnı lentə aldırmışam. Bu mahnım da söz-söhbətlərə səbəb olacaq. Amma müzakirələr normaldır. Demək ki, mən iş görürəm. Mahnılarım yadda qalır".

N.Qafarzadənin ifasında "Axşamlar" adlı mahnını təqdim edirik.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs