news Image
2014.10.21
09:43
| A A A
25 kilo çəki atan bəstəkar-aparıcı köhnə görkəmindən utanır - FOTOSESSİYA

Bəstəkar-aparıcı Murad Arif yaradıcılıq işlərindən danışıb.Movqe.az-a açıqlama verən M.Arif bildirib ki, özünü müğənni kimi də sınayacaq: "İfaçılıqda çox ciddiyəm. Artıq yarım ildir ki, vokal dərsləri alıram. İlk ifa etdiyim "Həyat yoldaşımsan" adlı mahnım çıxandan sonra inanılmaz maraq və dəstəklə qarşılandım. Bütün bunlar əlbəttə ki, adama həvəs, "qol-qanad" verir. Yaradıcılıq işlərim bununla bitmir. Artıq iki yeni mahnım aranjemandadır. Yaxın günlərdə bütün medianı ifaçı kimi ilk klipimin təqdimatına dəvət edəcəyəm. Çox rəngarəng, zərif və zövqlü bir klip alınıb. Tamaşaçılarla paylaşmağa tələsirəm. Klipdə mənim tərəf müqabilim məşhur bir simadır. O kimdir? Bu sirr qalsın. Yaxın günlərdə təqdimat zamanı məlum olacaq!"

M.Arif daha sonra yeni fotosessiyasından söz açıb: "Açığını deyim bir neçə il öncə çəkilmiş şəkillərmi elə də sevmirəm. Çünki çox kilolu görsənirəm. İndi xeyli, təxminən 25 kilodan artıq çəki atmışam. Bəzən xəbər portalları haqqımda yazılan xəbərlərdə köhnə, kilolu şəkillərimdən istifadə edir. Buna görə də yeni fotosessiya etdirmək qərarına gəldim. Düşünürəm ki, yeni şəkillərim fərqli alınıb. Fotoları və klipimi Fərhad Ali çəkib. Farhad Alinin müğənni Miri Yusiflə birgə olan işbirliyini çox bəyəndim. Güman edirəm ki, ilk klipimdə yanılmamışam.







Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs