news Image
2014.10.21
18:30
| A A A
İzzətdən gənc ifaçılara tənqid

Müğənni İzzət Bağırov "Onlar" verilişinə açıqlama verib. 

Axşam.az-ın məlumatına görə, sənətçi gənc ifaçıların ünvanına sərt sözlər səsləndirib:

"İki gündür sənətə gəlib, məclisdə özündən böyüyə salam vermir. Nə sənətləri var, nə istedadları, nə də danışıq qabiliyyəti. Yeni gələn uşaqlar kiminsə bostanına daş ataraq gündəmdə olurlar. Bir həftə hamı onlardan danışır: baxdın, dünən filankəs nə dedi? Mahnıları bərbad gündədir. Bu cür gündəmdə qalmaq olmur. Zəmanə elə bizimdir. Oxumayaq ki, dövrümüz gedib? Bizə söz atırlar ki, efirə çıxıb cavab verək, bunlar da məşhurlaşsın. Dostum məni toya dəvət etmişdi. Gənc bir ifaçı oxuyurdu. Ev yiyəsi yaxınlaşdı ki, İzzətə söz ver, ifa etsin. Yarım saat keçdi, susmadı, mikrofonu vermədi. Qorxdu ki, İzzət çıxıb orada nələr edəcək. O insanın adını çəksəm, reklam etmiş olaram. Bir gecədə məşhurlaşar. Bu gün bütün dünya kanallarında müğənni yarışması gedir. Ona görə də, ifaçılar çoxdur. Mənim 40-dan artıq klipim var. Bölgələrdə, kəndlərdə mənim qədər konsert verən olmayıb".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs